Ümumi

Ümumi Sarı Qaban ili olan 2019 özü ilə mühüm dəyişikliklər gətirəcək. İl ərzində sülh və əminamanlıq hökm sürəcək. İllərlə davam edən küsülülüyə son qoyulacaq, münasibətlər yaxşılaşacaq. Problemləri həll etmək əvvəlki illərə nisbətən daha asan olacaq. Bir çox insan öz məqsədinə çatacaq, daha böyük məqsədlər uğrunda çalışacaq. İlin ortasına qədər gəlirlərin artacağı gözlənir. 2019-cu il şəxsi münasibətlər baxımından da uğurlu olacaq. Romantik tanışlıqlar, evlilik təklifləri gözlənir. Övlad arzusunda olanların xəyalları gerçəkləşəcək. Qohumluq, dostluq əlaqələrində ciddi problemlər gözlənmir. İl ərzində insanlar, əsasən, allergiya, soyuqdəymə, mədə-bağırsaq xəstəlikləri və xroniki ağrılardan əziyyət çəkəcəklər. Yuxusuzluqdan qaynaqlanan stressin qarşısını almaq üçün rejimə riayət etmək məsləhət görülür.