Almalı kruasan

Almalı kruasan

Tərkibi:
500 q qat-qat yağlı xəmir
alma
120 q kərə yağı
0.5 st. şəkər tozu
1/4 st. qəhvəyi şəkər tozu
şirin qazlı içki
1/2 ç.q. darçın
vanil

Hazırlanması:
Almaları yuyub qabığını soyun. Dilimləyin.

Hazır qat-qat yağlı xəmiri üçbucaqlara doğrayın. Hər birinin içinə bir dilim alma qoyun.

Dərin formanı yağlayıb hazırladıqlarınız çiy kruasanları içinə düzün.

Kərə yağını əridin, adi və qəhvəyi şəkər tozunu, darçın, vanil əlavə edin.

Vam odda daim qarışdıraraq, şəkər tozu əriyənədək qızdırın.

Kütlə eynicinsli olanda onu formadakı kruasanların üzərinə gəzdirin.

Şirin qazlı içkini (məsələn, "Sprayt") kruasanların olduğu qaba tökün, çalışın, qlazur yuyulmasın. Kruassanlar yarıyadək şərbətdə olmalıdır.

160 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

Bu kateqoriya üzrə digər xəbərlər