Arıqladan bayram qovurması

Arıqladan bayram qovurması

Tərkibi:
• 1/2 kilo yağı təmizlənmiş ət
• 250 qr göbələk
• 2 ədəd böyük soğan
• 5 ədəd iri bibər
• 1 ədəd pomidor
• 2 diş sarımsaq
• 2 ədəd dəfnə yarpağı
• 1 xörək qaşığı pomidor tomatı
• 1 çay qaşığı bibər tomatı
• Duz
• Qarabibər
• Qırmızıbibər
• Zirə
• 2 stəkan su

Hazırlanması:
İlk öncə bir tavada yüksək atəşdə quşbaşı şəklində doğradığınız əti yaxşı qızarana kimi qarışdırın. Bu ətin suyunun itirməməsi və ləzzətli qalması üçün vacibdi. Başqa bir qazanda soğan və sarımsağın üzərinə 1 xörək qaşığı zeytun yağı və su tökərək bişənə kimi qarışdırın. Daha sonra üzərinə qabığı soyulmuş, xırdaca doğranmış pomidoru əlavə edin. Sonra göbələkləri dilim-dilim doğrayıb ətlə birlikdə qazana tökün. Üzərinə qalan ədviyyatları və suyu əlavə edib qazanın ağzını bağlayın. 30 dəqiqə bişməsi kifayətdir. 

Nuş olsun!

Mənbə: Dadlı.az

Bu kateqoriya üzrə digər xəbərlər