Ərzaqlar:
Banan – 2 ədəd
Yumurta – 4 ədəd
Giləmeyvə - zövqə görə
Hazırlanması:
Bananlar çəngəllə əzilir. Yumurta əlavə edilir və qarışdırılır. Keks formaları bitki yağı ilə yağlanır. Zövqdən asılı olaraq, hər bir formanın içinə 2-3 dənə giləmeyvə qoyun, üzərinə bananlı-yumurtalı kütləni süzün.
Maffinləri əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 12 dəqiqə bişirin.
Sizi əmin edirik ki, maffinlər bananlı omletə oxşamayacaq, onlar əsl maffindən heç də fərqlənməyəcək!
Nuş olsun!
Mənbə: Sufrem.az