Azərbaycan əhalisinin sayı açıqlandı - Yeni rəqəmlər!

Azərbaycan əhalisinin sayı açıqlandı - Yeni rəqəmlər!

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 73 min nəfər və ya 0,8% artaraq 2015-ci il sentyabrın 1-i vəziyyətinə 9 666 min nəfərə çatıb. 

Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Oxu.Az-a bildirilib. 

Hesabatda qeyd olunur ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. Əhalinin 53,1 %-i şəhər, 46,9%-i isə kənd sakinləridir.

Əhalinin 49,8%-i kişilər, 50,2%-i isə qadınlar təşkil edir. 

Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Bu kateqoriya üzrə digər xəbərlər