Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Kamil Əliyev Qətərin Doha şəhərində keçirilən lisenziya xarakterli Dünya Çempionatında uzunluğa tullanmada 7.13 m nəticə göstərərək dünya çempionu adına layiq görülüb.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən APA-ya verdiyi xəbərə görə, Rio de Janeyro-2016 Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.
Dohada keçirilən lisenziya xarakterli Dünya Çempionatı davam edir.