Azərbaycan idmançısı dünya çempionu oldu

Azərbaycan idmançısı dünya çempionu oldu

Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Kamil Əliyev Qətərin Doha şəhərində keçirilən lisenziya xarakterli Dünya Çempionatında uzunluğa tullanmada 7.13 m nəticə göstərərək dünya çempionu adına layiq görülüb.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən  APA-ya verdiyi xəbərə görə, Rio de Janeyro-2016 Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.   

Dohada keçirilən lisenziya xarakterli Dünya Çempionatı davam edir.  

Bu kateqoriya üzrə digər xəbərlər