Azisin Bakı konsertinin vaxtı və qiyməti bəlli oldu

Azisin Bakı konsertinin vaxtı və qiyməti bəlli oldu

Konsert  dekabr ayın 19-da olacaq. Bolqar  musiqisinin superstarı Azis dekabr ayın 19- da Bakıda 2-ci konsert proqrami ilə çıxış edəcək.  Ucnoqta.az-ın məlumatına görə, bu barədə təşkilatcı Samir Xəttab super star Azisin konsert  plakatını instaqramda paylaşaraq bəyan edib: “Konsert dekabr ayının 19-da Elektra Events Hallda olacaq. Bu konsert daha möhtəşəm, daha qeyri-standart keçəcək. Gözləmədiyiniz sürprizlər olacaq. Sizi konsertin başından sonuna kimi möhtəşəm şou gözləyir.”  Xatırladaq ki, Azisin ilk Bakı konserti bu ilin iyul ayında baş tutub. Anşlaqla keçən konsert birmənalı qarşılanmayaraq, uzun müddət medianın gündəmindən düşməyib. Belə ki, dekabr  ayının 19-da baş tutacaq konsertin qiyməti 20-150 AZN-dir.  Qeyd edək ki, konsertin təşkilatçısı Samir Xəttab olacaq.

1444208939

Bu kateqoriya üzrə digər xəbərlər