Bakı Metropoliteni Yeni il sürprizi hazırlayır

Bakı Metropoliteni Yeni il sürprizi hazırlayır

Bakı Metropolitenində sərnişinlərə bayram ab-havası yaşatmaq üçün Yeni il sürprizi hazırlanır.

Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

O bildirib ki, sərnişinlər metroda Yeni il bayramının personajları olan Şaxta baba və Qar qızla rastlaşa biləcəklər. 

Qurum rəsmisi qeyd edib ki, bayram ərəfəsində sərnişinlər metroda xoş sürprizlərlə qarşılaşacaqlar.

Bu kateqoriya üzrə digər xəbərlər