Bakıda ər-arvad həbs edildi

Bakıda ər-arvad həbs edildi

Bakıda oğurluqla məşğul olan qrupun digər üzvləri tutulub. 

Oxu.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səkinə Şabanovanın, Dilşad Abdullayevanın, Pərvanə Əliyevanın və Gülsüm Əliyevanın evlərindən oğurluq etmiş qrupun digər üzvləri - Gürcüstan vətəndaşı Ramil Bayramov və arvadı Larisa Acalova yaxalanaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Bu kateqoriya üzrə digər xəbərlər