Bakıda sevgilisi ilə gəzən qızın başına daş düşdü

Bakıda sevgilisi ilə gəzən qızın başına daş düşdü

Bu gün Bakıda bədbəxt hadisə baş verib.

AzVision.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 252 ünvanında baş verib. Belə ki, bu ünvanda yerləşən yaşayış binasının önü ilə hərəkət edən gənc qızın başına daş düşüb.

Şahidlərin bildirdiklərinə görə, daş 5 mərtəbəli binanın fasad hissəsindən qopub. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan gənc qız təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. 

Hadisə baş verən zaman qızın yanında sevgilisinin də olduğu bildirilir.

Bu kateqoriya üzrə digər xəbərlər