Bakıda toyda dava düşdü, bıçaqlananlar var

Bakıda toyda dava düşdü, bıçaqlananlar var

Bakıda toyda musiqi sifarişi üstündə qohumlar arasında dava düşüb, iki nəfər bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən “Təbrik” şadlıq sarayında baş verib.

Toy zamanı musiqi sifarişi üstündə qohumlar arasında mübahisə düşüb. Mübahisə edənlər şadlıq sarayının foyesinə çıxıblar və mübahisə davaya çevrilib. Dava zamanı 48 yaşlı İlqar Tağıyevə döş nahiyəsindən, Musa Xidafirova isə sarğı nahiyəsindən bıçaq xəsarətləri yetirilib. Yaralılar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Çoxlu qan itirən hər iki yaralı əməliyyat olunub.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. İdarədən verilən məlumata görə, iki qohumunu bıçaqlayan şəxs məlumdur və onun tutulaması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Bu kateqoriya üzrə digər xəbərlər