Şəbnəmin evi soyuldu

Şəbnəmin evi soyuldu

Keçmiş model və aktrisa Şəbnəm Özinal özbək xidmətçisi Yıldız A. tərəfindən soyulub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşı Şefik Özteklə 7 yaşlı qızları Ayşəni Yıldıza əmanət edərək evdən çıxan model qayıdarkən gözləmədiyi mənzərə ilə qarşılaşıb. Şəbnəm yataq otağındakı kassasından qızıl, brilyant və almaz kimi dəyərli əşyalarının oğurlandığını görüb. Polisə şikayət edən Ş.Özinal qulluqçusunun 10 ilədək həbsini tələb edib.

Xatırladaq ki, Şəbnəmin evi 2010-cu ildə də soyulmuşdu.

Bu kateqoriya üzrə digər xəbərlər