"Bozbaş pictures"in Şirini: "Mənə Ferrari bağışlayıblar"

"Bozbaş pictures"in Şirini, aktyor Nicat Rəhimov avtomobil həvəskarıdır. Milli.Az-a avtomobil sevgisindən danışan aktyor maraqlı açıqlamalar edib:

"Avtomobilləri həqiqətən çox sevirəm. Uşaqlıqdan maşın idarə etməyə həvəsli idim. Ona görə də avtomobil idarə etməyi özüm öyrənmişəm, heç kim mənə öyrətməyib. Normal da idarə edirəm, demək olar ki, qayda-qanunu çox az hallarda məcbur qalıb pozuram. Ən çox sevdiyim avtomobillər Ferrari və Bentley-dir. Hətta bir gün yuxuda gördüm ki, mənə Ferrari bağışlayıblar. Ayılıb yuxu olduğunu biləndə yenidən yatdım (gülür)".

Bu kateqoriya üzrə digər xəbərlər