İçi doldurulmuş pomidorlar

İçi doldurulmuş pomidorlar

ƏRZAQLAR:
Böyük pomidorlar – 4 ədəd
Baş soğan -1 ədəd
Bildirçin yumurtası – 4 ədəd
İspanaq – bir dəstə
Zeytun yağı – 3 x.q.
Ağ şərab – 50 ml.
33% li qaymaq - 2 x.q.
Duz-istiot – zövqə görə

 

Hazırlanması:
Pomidor, ispanaq yuyulub qurudulur. İspanaq və soğan xırdalanıb, isti tavada, 2 x.q zeytun yağında 3 dəqiqə bişirilir. Üzərinə şərab əlavə edib, duz-istiot səpib və zəif odda aramla, içkinin qoxusu tam çəkilənə kimi (5-6 dəq.) bişirilir. Sonra odun üzərindən götürüb 2 dəqiqə kənarda saxlayıb, üzərinə qaymağı əlavə edib, yaxşıca qarışdırmaq lazımdır.
Pomidorların başı qapaq kimi kəsilir, orta ləti çıxarılır, içərisinə azca duz səpilir.  Salfet üzərinə ağzı aşağı olmaqla düzüb 5 dəqiqə gözləyirik.  Pomidorları formaya düzüb 200 dərəcə sobada 5 dəqiqə bişiririk. Sonra çıxarıb içini ispanaqlı içliklə doldururuq.
Tavada zeytun yağını isidib, bildirçin yumurtasını tək tək tavaya ehtiyatla töküb, bişiririk. Demək olar qızardırıq.
İçi doldurulmuş pomidorları boşqaba düzüb, hərəsinin üzərinə qapaq əvəzi bildirçin yumurtası qoyuruq. Göyərti ilə bəzəyib, süfrəyə veririk.

 

 

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər