Çilidə 8,3 bal gücündə zəlzələ baş verib

Çilidə 8,3 bal gücündə zəlzələ baş verib

Çilidə baş verənzəlzələnəticəsində azı 1 nəfər ölüb, 15-ə yaxın insan xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İlyapel şəhərinin meri Denis Korte bildirib.

Onun sözlərinə görə, 1 qadın dağılan restoran divarının altında  qalaraq ölüb. Şəhərdəki bir sıra binalara ziyan dəyib, evlərdə çatlar əmələ gəlib.

Çili sahillərində zəlzələdən sonra sunaminin baş verdiyi bildirilir. Bəzi ərazilərdə dalğaların hündürlüyü 3 metri ötüb.

Bu kateqoriya üzrə digər xəbərlər