Facebook-da bütün dünyanın gözlədiyi yenilik gəlir

Facebook-da bütün dünyanın gözlədiyi yenilik gəlir

Facebook sosial şəbəkəsinin banisi Mark Zukerberq istifadəçilərlə növbəti ünsiyyət sessiyası zamanı “dislayk” düyməsini əlavə etmək barədə söz verib.

Oxu.Az xəbər verir ki, bu barədə The Verge yazıb.

Uzun illərdir ki, Zukerberq bu funksiyanın tətbiqindən imtina edirdi. O, istifadəçilərin “dislayk”dan istifadə etməklə, digərlərinə qarşı hörmətsizlik nümayiş etdirə biləcəyindən ehtiyatlanırdı.

Facebook rəhbərinin fikrinə görə, “dislayk” istifadəçilərin digərlərinin dərdini bölüşmək imkanına malik olmaları üçün tətbiq ediləcək. Tezliklə yeni funksiya test rejimində işə salınacaq.

Bu kateqoriya üzrə digər xəbərlər