Fatayer

Fatayer

Tərkibi:
Xəmiri üçün:
2.5 su stəkanı un
1 şirin qaşığı instant maya
Yarım su stəkanı ilıq süd
Yarım su stəkanı ilıq su
1 çay qaşığı toz şəkər
Yarım çay stəkanı günəbaxan yağı

İç xərci üçün:
500 qr ispanaq
1 ədəd soğan
1 ədəd qırmızı bibər
1 ədəd limonun suyu
2 yemək qaşığı sumaq
2 yemək qaşığı süd
duz
qara bibər

Hazırlanması:
Un və mayanı geniş bir kasada qarışdırın. Digər vəsaitləri əlavə edib qarışdırdıqdan sonra 10 dəqiqə yoğurun. Xəmiri hissələrə ayırıb bir qaba düzün və üzərini örtərək mayalanmaya buraxın.

Bibərlərin toxumlarını təmizləyib kub şəklində doğrayın. Soğanı da kub şəklində doğrayın və bibərlə qarışdırın. Duz, qara bibər, sumaq əlavə edib qarışdırın.Ispanaqları incə doğrayın üzərinə duz əlavə edib əlinizlə ovalayın. Sudan keçirərək soğanlı qarışığa əlavə edin. Limon suyunu əlavə edin.

Böldüyünüz hissələri mərdanə ilə çay qabı böyüklüyündə açıb ortalarına ıspanaklı xərcdən yerləşdirin və üçbucaq şəklində bağlayın. Yağlı kağız sərilmiş nimçəyə düzüb üzərlərinə süd çəkin . 180 dərəcəyə nizamlanmış sobada qızarana qədər bişirin. İlıqlaşdıqdan sonra xidmət edin.
Fatayer artıq hazır.

Mənbə: Dadlı.az 

Bu kateqoriya üzrə digər xəbərlər