Hamburgeri tatarlar yaradıbmış

Hamburgeri tatarlar yaradıbmış

“Ham” sözünün ingilis dilindəki mənası “donuzun ayağının üst hissəsindən duzlanaraq və qurudularaq hazırlanan yemək” deməkdir.  Lakin Hamburger donuz ətindən hazırlandığı üçün bu adı almayıb.

Həmin vaxtlar monqollar və tatarlar əti çiy yeyirdi. IV əsrdə Orta Asiyada yaşayan xalqlar uzun məsafəli səyahətlərə çıxanda yemək üçün fasilə vermək imkanları çox olmurdu. Həmin uzun səyahətlərdə əti yəhərlərinin altına qoyanda atın hərəkətlərinin də təsiri ilə ətin az da olsa bişdiyini və daha rahat çeynənilə biləcək hala gəldiyini gördülər. İllər keçikcə uzun səfərə çıxan hərbçilər ona duz, bibər və soğan da əlavə edərək, bu günkü “Tatar bifşteksi”ni yaratdılar.

Almaniyanın Hamburq şəhərindən bir tacir ticarət məqsədi ilə getdiyi Orta Asiyada 19-cu əsrin ortalarında tatar bifşteksini görür və çox bəyənir. Hamburqa qayıtdıqdan sonra, bunu Hamburg bifşteksi olaraq təqdim edir. Yerli aşpazların bu əti qızardaraq, servis etməsi ilə “Hamburqa aid” mənasına gələn Hamburger adı yaranır.

Almaniyadan dünyaya yayılmasının isə iki əsas yolu olub. İlk olaraq, fizik və eyni zamanda dequstator olan J.H.Salisburinin İngiltərəyə gəlməsi, daha sonra isə Almaniyadan Amerika köç edən adamların bu yeni yemək mədəniyyətini Şimali Amerikaya gətirməsi ilə fərqli mədəniyyətlərə də yayılmış oldu.

pahoo.az

 

kuhinjica-tatar-biftek-06-04032016010714626

Tatar bifşteksi

Bu kateqoriya üzrə digər xəbərlər