İŞİD lideri Əl-Bağdadi yaralanıb, üç müavini öldürülüb

İŞİD lideri Əl-Bağdadi yaralanıb, üç müavini öldürülüb

İraq Silahlı Qüvvələrinin İŞİD-ə məxsus avtokolona endirdiyi aviazərbə nəticəsində terrorçu qruplaşmanın lideri Əl-Bağdadi yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə İranın İRNA agentliyi məlumat yayıb. Bombardman zamanı əl-Bağdadinin daha 3 müavini əl-Şişani, əl-Suri və əl Karbuli öldürülüb.

Məlumata görə, əl-Şişani İŞİD daxilində təbliğat məsələlərinə məsul olub, əl-Karbuli isə qruplaşmanın ən yaxşı komandirlərindən hesab edilib.

Oktyabrın 11-də İraq hərbçiləri əl-Bağdadinin Karabla şəhərinə gedən avtokolonuna aviazərbə endirdiklərini bəyan ediblər.

Qeyd edək ki, Karabla Suriya sərhədi yaxınlığında yerləşir və İŞİD qüvvələrinin əsas dayaqlarından sayılır.

Bu kateqoriya üzrə digər xəbərlər