Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

ABŞ-ın Neşvill şəhərində (Tennessi ştatı) məşhur amerikalı aktyor, sabiq senator Fred Dalton Tompson 73 yaşında dünyasını dəyişib.

APA-nın “AP” agentliyinə istinadən verdiyi məlumata görə, o, limfoma xəstəliyindən əziyyət çəkirmiş.

F.Tompson karyerası ərzində 20-dən çox filmdə rol alıb. Onlardan ən məşhuru dünya şöhrətli “Law & Order” seriyalıdır.

Vaxtilə Senatda Respublikaçılar partiyasını təmsil edən Fred Dalton Tompson  2007-ci ildə prezidentliyə namizədliyini irəli sürüb, 2008-ci ilin yanvarın da isə  geri götürmüşdü. 

Bu kateqoriya üzrə digər xəbərlər