Məşhur lotereyanın cek-potu 1 milyard dollara çatır

Məşhur lotereyanın cek-potu 1 milyard dollara çatır

Ötən şənbə günü ABŞ-ın "PowerBall" lotereyasının 900 milyon dollarlıq cek-potunu udmaq heç kəsə müyəssər olmayıb.

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bununla da ölkə tarixində ilk dəfə olaraq lotereyanın cek-potu 950 milyon dollara çatıb. 

Qiyməti 2 dollar olan lotereya bileti Birləşmiş Ştatların bütün ərazisində satılır. Mümkün uduş məbləği artdıqca, bilet üçün növbələr də buna mütənasib olaraq artır. 

Hesablamalara görə, "PowerBall" lotereyasında uduşa düşən bütün altı nömrəni ardıcıllıqla düzgün tapmaq ehtimalı 292 milyonda birdir. Bu isə o deməkdir ki, orta amerikalının ABŞ prezidenti olmaq şansı "PowerBall"ın cek-potunu udmaqdan 25 dəfə çoxdur.

Bu kateqoriya üzrə digər xəbərlər