Monastır sayağı toyuq

Monastır sayağı toyuq

Tərkibi:
Toyuq filesi 2 ədəd
Bitki yağı 2 x.q
Duz 1/2 ç.q
İstiot 1/2 ç.q
Pomidor 1 ədəd İri
Şampinyon 150 q konservlənmiş göbələkdən də istifadə etmək olar
Holland pendiri 100 q

Hazırlanması:
Toyuq filesini duzlayıb istiotlayın və döyün. Tavada yağı qızdırıb toyuqun hər iki üzünü qızılı rəng alana kimi qızardın.

Tərəvəzləri yuyun, qabığını soyun və doğrayın. Pendiri rəndələyin və ya nazik doğrayın.

Qızardılmış toyuqu soba formasına qoyun və üzərinə göbələk, pomidor və pendiri ardıcıl olaraq yerləşdirin.

20 dəqiqə ərzində 180 dərəcədə bişirin.

Mənbə: Dadlı.az

Bu kateqoriya üzrə digər xəbərlər