Mərkəzi Bankın valyuta ehtiyatları azaldı

Mərkəzi Bankın valyuta ehtiyatları azaldı

Azərbaycan Mərkəzi Bankının (AMB) noyabr ayının sonunda 6 milyard 245,6 milyon dollar təşkil edib. 

Bu barədə bankdan Oxu.Az-a bildirilib.

AMB-nin məlumatına görə, son bir ayda valyuta ehtiyatlarının həcmi 6 milyard 834,6 milyon dollardan 6 milyard 245,6 milyon dollara düşüb. Bu isə təxminən 600 milyon dollar ərimə deməkdir. 

Qeyd edək ki, sonuncu dəfə AMB-nin valyuta ehtiyatları 2011-ci ilin sonlarında bu səviyyədə olub.

Məlumat üçün bildirək ki, sentyabrın 1-nə valyuta ehtiyatlarının həcmi 7 milyard 315,4 milyon dollar, avqustun 1-nə isə 8 milyard 501,5 milyon dollar olub.

Bu kateqoriya üzrə digər xəbərlər