Müalicəsi olmayan xəstəlik - "bənövşəyi ölüm" virusu təhlükəsi!

Müalicəsi olmayan xəstəlik -

İnsanlar yeni müalicəsi olmayan SARS-virusu (“bənövşəyi ölüm”) təhlükəsi ilə üzləşiblər. 

Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ABŞ-ın Şimali Karolina Universitetinin alimləri bəyan ediblər.

Məlumata əsasən, virus insana yarasalardan keçir. İlk yoluxma halı 2002-ci ildə Çində qeydə alınıb.

Alimlər virusu öyrəndikdən sonra onun yüksək patogenli olduğu nəticəsinə gəliblər.

Mövcüd olan bütün dərmanlar xəstəliyə qarşı təsirsiz, effektsizdir.

Statistikaya əsasən, virusa yoluxma zamanı ölüm ehtimalı 10%-dir. 

Bu kateqoriya üzrə digər xəbərlər