Portağallı kök şorbası

Portağallı kök şorbası

Tərkibi:
4 ədəd kök
2 dilim kərəviz 100 qr.
1 ədəd kərəviz sapı
1 ədəd kartof
1 ədəd soğan
5 stəkanı su
3 orta boy portağal
25 qr. kərə yağı
Duz,
Qara bibər

Hazırlanması:
Kök, kərəviz, kərəviz sapı, soğan və kartofun qabıqlarını soyub kub şəklində doğrayın. Kərəyağını əridərək tərəvəzləri 5 dəqiqə bişirin. Üzərinə 2 stəkan su əlavə edin və orta alovda 20 dəqiqə bişirin. 3 portağalın 2 dənəsini sıxın, qalan ücüncüsününde yarısını sıxın, təqribən 100 ml portağal suyu əldə edəcəksiniz. Qalan yarısını da halqa halqa kesin və qabığını çıxarın. Qazandakı tərəvəzlər 20 dəqiqə bişdikdən sonra yumşalacaqdırlar. Yumşalan tərəvəzləri blenderdan keçirib qalan suyu əlavə edin. Portağal suyu, duz və qara bibəri şorbaya əlavə edin. Dilimlediğiniz portağalları və bir neçə yarpaq da kərəviz sapının yaşıllıqlarından əlavə edib 10 dəqiqə qaynadın.

Mənbə: Dadlı.az 

Bu kateqoriya üzrə digər xəbərlər