Qiyməli makaron şorbası

Qiyməli makaron şorbası

Tərkibi: 200 qr qiymə, 1 ədəd soğan, 1 ədəd yerkökü, 2 ədəd pomidor, makaron, 2-3 zoğ cəfəri, duz, duru yağ. Hazırlanması: Soğanı xırda doğrayıb qovurun. Sonra üzərinə qiymə əlavə edib, 10-15 dəqiqəlik qovurun. Ət hazır olana yaxın pomidor, sarımsağı və yerkökünü sürtkəcdən keçirib qiyməyə qatın. Üzərinə su töküb 20 dəqiqə daha bişirin. Qaynamağa başlayandan sonra duz və makaronu əlavə edin. Makaron bişibsə yeməyiniz hazırdır. Ən sonda, göyərtini xırda-xırda doğrayıb üzərinə səpin.

Bu kateqoriya üzrə digər xəbərlər