Qızardılmış banan.

Qızardılmış banan.

Ərzaqlar:
Banan – 3 ədəd

Xəmir üçün:
Un – 60 qr.
Qarğıdalı nişastası – 60 qr.
Qabartma tozu – 1 ç.q.
Şəkər tozu – 1 x.q.
Darçın – 1 çimdik
Süd – 2 x.q.
Ərinmiş kərə yağı – 1 x.q.
Su – ½ st.
Bitki yağı – qızartmaq üçün
Bal – üstü üçün

Hazırlanması:

Xəmir üçün olan ərzaqları bir qaba yığırsız, qarışdırırsınız. Tavaya bitki yağını töküb isidirsiniz. Bananların qabığını soyursuz və hər birini 4 yerə bölürsüz. Onları bir-bir xəmirin içində fırladıb, sonra isidilmiş yağda qızardırsınız. İçinə salfet sərilmiş boşqaba düzürsüz ki, yağı kağıza hopsun. Yanında bal ilə süfrəyə verin, olduqca ləzzətli, ətirli və dadlı desert alınacaq! Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər