Rihannaya oxumağı qadağan etdilər

Rihannaya oxumağı qadağan etdilər

Saatlar öncə baş tutan "Grammy" musiqi mükafatlarının təqdimetməsində Rihanna səhnəyə çıxa bilməyib.

27 yaşlı ulduz Los-Ancelesdə şounun baş tutduğu məkana gəlsə də qırmızı xalça üzərinə çıxa bilməyib.

Belə ki, həkimlər ifaçının bronxit olduğunu əsas gətirərək onun oxumasını qadağan ediblər. Barbadoslu müğənni 48 saat səsini dincə qoymalı və istirahət etməlidir. Bundan kədərlənən Rihanna Tvitterdə fanatlarından üzr istəyib.

Qeyd edək ki, o, bir gün əvvəl Lionel Riççinin şərəfinə konsertdə səhnəyə çıxıb.

 

 

rihan2

Axşam.az

Bu kateqoriya üzrə digər xəbərlər