Sabahdan hava mülayimləşəcək

Sabahdan hava mülayimləşəcək

Bakı və Abşeron yarımadasında noyabrın 11-də  bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 13-16, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında noyabrın 11-də yağış yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 12-17, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Bu kateqoriya üzrə digər xəbərlər