Səudiyyə Ərəbistanı üsyançıları bombaladı

Səudiyyə Ərəbistanı üsyançıları bombaladı

Səudiyyə Ərəbistanı hərbi hava qüvvələri Yəməndə husi üsyançılarının nəzarəti altında olan bölgələrə aviazərbələr endirib. ANS PRESS-in məlumatına görə, əməliyyatlar nəticəsində azı 10 nəfər ölüb. Məlumata görə əsasən Yəmənin hərbi hava qüvvələrinin baş qərargahı, Respublika Qvardiyası akademiyasının binaları hücuma məruz qalıblar.

Son bir neçə gündə hökumət qüvvələri ilə üsyançılar arasında baş vermiş qarşıdurmalarda hər iki tərəfdən çoxlu sayda insan itkisinin qeydə alındığı bildirilir. Tərəflər daha çox Marib vilayətində itki verib.

Birləşmiş Millətlər Təşkilatı üsyançıları qeyq-şərtsiz hökumətlə danışıqlara getməyə çağırıb.

“Siyasi qərarların qəbul olunmadığı hər gün daha çox ölüm, daha çox faciələrə səbəb olur. Daha çox dağıntılara və insanların iztirab çəkdiyini müşahidə edirik. Münaqişə 21 milyon yəmənlini humanitar yardıma möhtəc edib.” - deyə Təhlükəsizlik Şurasının təmsilçisi Stefan Dyujarrik bildirib. 

Üsyanlar nəticəsində ölkəni tərk edərək Səudiyyə Ərəbistanına sığınan prezident Əbd Rəbbo Mənsur Hadi husilər tərksilah olmadıqca onlarla danışıqlara getməyəcəyini bildirib.

Bu kateqoriya üzrə digər xəbərlər