Sevgilisini öldürən idmançı azadlığa buraxıldı

Sevgilisini öldürən idmançı azadlığa buraxıldı

Sevgilisini öldürdüyü üçün 5 il müddətinə həbs olunan Cənubi afrikalı atlet Oskar Pistorius azadlığa buraxılıb.

Olimpiadalara qatılan ilk paralimpik atlet olan və 2013-cü ildə sevgilisi Reeva Steenkampı öldürməkdə təqsirləndirilən idmançı qalan cəzasını ev dustağı kimi keçirəcək.

Cənubi Afrika qanunlarına görə, məhkumlar aldıqları həbs cəzasının altıda bir hissəsini həbsxanada keçirdikdən sonra bəzi şərtlərlərlə sərbəst buraxıla bilir.

Qeyd edək ki, Pistorius sevgilisini fevralın 14-ü 2013-cü ildə "Ehtiyatsızlıq nəticəsində öldürmək" maddəsi ilə 5 illik həbsə məhkum edilmişdi. 28 yaşlı Pistorius məhkəmədəki ifadəsində evinə zorla girildiyini düşünərək hamamın qapısından atəş etdiyini və o sırada sevgilisini səhvən vurduğunu bildirmişdi.

Qafqazinfo.az

Bu kateqoriya üzrə digər xəbərlər