Souslu spagetti

Souslu spagetti

Tərkibi: 500 qr spagetti, 300 qr ət və ya qiymə, 3 ədəd soğan, yağ, 2 x.q tomat, 2 x.q ketçup, duz, istiot. Hazırlanması: Əvvəlcə qaynayan suya duz tökülür. Sonra qızardılmış vermeşil suya əlavə olunur. Tez- tez qarışdırılır. Bişdikdən sonra süzülür. Sonra qazan qızdırılır, yağ əlavə olunur, yaxşıca qızdıqdan sonra vermeşil əlavə olunur. Qarışdırılıb dəmə qoyulur. 15- 0 dəqiqə dəmdə qalır. Vermeşilə istəyə görə bulqur da əlavə oluna bilər. Sous: Sümüksüz ət yaxşıca qaynadılır. Bişdikdən sonra xırda-xırda (fındıq böyüklükdə) doğranır. Əvvəlcə soğan doğranıb, duz vurulub yağda qızardılır. Ət əlavə olunur. 5 dəqiqə qızardıqdan sonra tomat, ketçup, istiot əlavə olunur. 5 dəqiqə qaynadıqdan sonra ətin bulyonu əlavə olunur. Biraz qaynadıqdan sonra hazırdır. Əgər qiymə ətdən hazırlanırsa, bulyon əvəzinə su əlavə olunur.

Bu kateqoriya üzrə digər xəbərlər