Stəkanda salat - süfrədə yeni dəb

Stəkanda salat - süfrədə yeni dəb

Bir buludda şuba salatı edirsiniz və onu çoxlu qonaq arasında necə bölüşdürməyi düşünürsünüz, ya da qonaqların hərəsi salatı bir cür bölərək, onun formasını pozurlar. Belə halda ən yaxşı variant salatı stəkanda hazırlayıb, hərənin qarşısına birini qoymaqdır. Stəkanda salat – verrinom adlanır, bu ideya da fransız kulinarlarının ağlına gəlib. Verrinom masada olduqca eleqant və zərif görsənir. Burada əsas şərt stəkanın 200 ml. dən böyük olmamasıdır. Şərt o deyil ki, stəkan salatı mütləq qat-qat olmalıdır. Xeyr. Bir qabda hazırladığınız qarışıq salatları da səliqə ilə stəkanlara yığa, kənarlarını limon dilimləri və ya kahı yarpaqları ilə bəzəyə bilərsiniz.

Mənbə: Sufrem.az

Bu kateqoriya üzrə digər xəbərlər