Ərzaqlar:
Toyuq filesi – 1 ədəd
Kartof – 4 ədəd
Soğan – 1 baş
Yumurta – 1 ədəd
Bitki yağı – 2-3 x.q.
Duz – istiot
Hazırlanması: Toyuğun döş əti və kartoflar əvvəlcədən suda bişirilir. Baş soğan soyulur, xırdalanır, tavada yağda qızardılır. Toyuğu blenderdə əzirik, çox da püre halına salmaq lazım deyil. Soğanlar qızılı rəng aldısa, o zaman blenderdəki toyuq ətini tavaya – soğanların üstünə tökürük, duz-istiot vurub, yaxşıca qarışdırırıq, oddan götürürük. Kartofları püre halına salırıq. İçinə yumurta, duz-istiot vurub qarışdırırıq. Qaşıqla kartofdan qopardıb, taxta lövnənin üstünə qoyuruq, içinə 1 ç.q. toyuq içliyi tökürük, büküb, sonra əlimizlə kotlet formasına salırıq. İsidilmiş yağda qızardırıq. Nuş olsun!
Mənbə: Sufrem.az