Yumurtanı ilıq şəkildə yeyilməsi insan orqanizminə daha xeyirlidir, nəinki soyutma ya hansısa yeməyin üstündə. Ona görə də yumurtanın keyfiyyətli olması vacibdir.
Adətən kənd yerlərindəki toyuqlar daha sağlam olurlar. Onlar böyük həyətdə eşələnir böcəkdən tutmuş, soxulcan hətta ilan balasına kimi tapıb qidalanırlar. Toyuqların təmiz havada çox hərəkət etməsi sağlam yumurta istehsalına yardımçı olur.
Bəs biz xəstə toyuğun yumurtası ilə sağlam toyuğun yumurtasını necə seçə bilərik?
Xəstə toyuğun yumurtası, sağlam toyuğun yumurtasından çox asanlıqla seçilir. Ən əvvəl onu qeyd edək ki, sağlam yumurtanın qabığı bərk və qalın olur. Toyuğun qidası nə qədər zəngindirsə, yumurtasının qabığı da bir o qədər bərk olur.
Şəkildə göstərilən qırmızı oxla işarələnmiş yumurta süni yetişdirilmiş, mavi oxla işarələnmiş xəstə toyuğun yumurtası, yaşıl oxla işarələnmiş isə ən sağlam və təbii narıncı rəngli yumurta sarısıdır.
Sarı rəngli yumurta ondan xəbər verir ki, toyuq pis şəraitdə və xəstə vəziyyətdədir. Belə yumurtanın tərkibində vitamin sağlam yumurtanın tərkibinə nisbətən daha zəifdir. Həmçinin parlaq olmayan yumurta sarısı təhlükəli bakteriya daşıyıcısı ola bilər. Bunlarla bərabər yumurta sarısının qalınlığı önəmlidir.
interaz