Yeni ildə şagirdlər necə gün evdə qalacaq?

Yeni ildə şagirdlər necə gün evdə qalacaq?

Azərbaycan Təhsil Nazirliyi Yeni il bayramı ərəfəsində və günlərində orta məktəb şagirdləri və müəllimlərinin neçə gün istirahət edə biləcəklərinə aydınlıq gətirib.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, bütün ölkədə olduğu kimi, orta məktəblərdə də dekabrın 31-dən yanvarın 5-dək (2015-ci il) qeyri-iş günləri olacaq: "Şagirdlər dekabrın 30-da dərsdə olmalıdırlar. Dekabrın 31-dən yanvarın 5-dək isə dərs olmayacaq".

C.Valehov qeyd edib ki, bütün şagirdlər üçün növbəti tətil 5 günlük, 27-31 yanvar tarixlərini (2016-cı il) əhatə edən qış tətili olacaq. Fevralın 1-dən isə şagirdlər yenidən dərsdə iştirak etməlidirlər.

Nazirlik rəsmisi bildirib ki, məktəblərdə ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Bu müddətdə yalnız ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili olacaq.

Ötən tədris illərində bütün şagirdlər üçün martın 17-dən 24-dək olan, 8 günlük "Yaz tətili"nə gəldikdə isə C.Valehov qeyd edib ki, bu tədris ilində şagirdlər üçün "Yaz tətili" olmayacaq: "Novruz bayramı günlərində ölkədə müəyyənləşdirilən qeyri-iş günlərinin sayı xeyli olduğundan məktəblilər üçün ayrıca olaraq, yaz tətili olmayacaq".

Bu kateqoriya üzrə digər xəbərlər