Ərzaqlar:
Kərə yağı – 200 qr.
Un – 200 qr.
Xama – 6 x.q.
Şəkər tozu – 4-5 x.q.
Duz – bir çimdik
Cem
Şəkər kirşanı
Hazırlanması:
Yumşalmış kərə yağına xama, şəkər tozu əlavə edirik, qarışdırırıq, üzərinə ələnmiş un və duz tökülür, xəmir yoğrulur. Xəmir ələ yapışmamalıdır.
Sonra xəmirdən tqopardıb top forması veririk, qalınlığı 5 mm. olmaqka dördkünc formada yayırıq. Kvadratların ölçüsü təxmini 5x5 sm. olmalıdır, artıq olarsa, bıçaqla kəsmək lazımdır. İçinə ç.q. ilə cem qoyuruq, konvert kimi bağlayırıq. Peçenyeləri kağız salınmış formanın içinə qoyuruq və 200 dərəcədə 15 dəqiqə bişiririk. Üzərinə şəkər kirşanı səpib süfrəyə veririk.
Mənbə: Sufrem. az