Kökəltməyən şam yeməyi: Tərəvəzli döş əti

Kökəltməyən şam yeməyi: Tərəvəzli döş əti

Ərzaqlar:

Toyuğun döş əti – 1 ədəd
Baş soğan – ½ ədəd
Kök – 1 ədəd
Dəfnə yarpağı – 1 ədəd
Pomidor – 2 ədəd
Xiyar – 1 ədəd
Duz – istiot – zövqə görə
Bolqar bibəri – 1 ədəd
Kahı yarpaqları
Limon şirəsi

Hazırlanması:

Döş ətin dərisini çıxarıb, yaxşıca yuyuruq. Sonra bir tavaya qoyub, üzəri örtülənə kimi su ilə doldururuq. Qaynamağa başlayandan sonra kökü, soğanı, dəfnə yarpağını, duz-istiotu əlavə edib, 20-30 dəqiqə bişiririk. Sonra oddan götürürük. Suyunu atmayın, başqa yeməklərdə bulyon kimi istifadə edə bilərsiniz.
Sonra bir kənarda salat üçün olan ərzaqları – pomidor, xiyar, bolqar bibəri, kahı yarpaqlarını doğrayıb, qarışdırırıq, üzərinə limon suyu gəzdiririk.  Və döş ətinin yanında süfrəyə təqdim edirik. Nuş olsun!

Mənbə: Sufrem.az

Bu kateqoriya üzrə digər xəbərlər