Almalı tartaletka

Almalı tartaletka

Ərzaqlar:

Alma – 6 ədəd
Şəkər tozu – 4 x.q.
Limon suyu – 1 x.q.
Qat qat xəmir (hazır satılandan) -1 qutu
Kərə yağı – 5 ç.q.
Qənd kirşanı

Hazırlanması:

Xəmir nazik yayılır, ondan 15 sm. diametrində 4 ədəd dairə kəsilir. Soba üçün forma yağlanır. Xəmir ora qoyulur, xəmirin üstü çəngəllə bir neçə yerdən deşilir. Forma soyuducuya qoyulur.
Kasaya soyuq su tökülür, limon suyu sıxılır. Almalar qabıqdan, tumdan təmizlənir və limonlu suda 4 dəqiqə saxlanılır. Sonra uzunsov dilimlərə doğranılır.
Xəmir soyuducudan çıxarılır. Hər dairənin içinə alma dilimləri təpə kimi düzülür. Üzərinə şəkər tozu səpilir. Üstünə 1 qaşıq kərə yağı qoyulur.
Sobada 210 dərəcədə 25 dəqiqə  bişirilir. Süfrəyə verəndə üzərinə qənd kirşanı səpilir.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər