Bakıdan Budapeştə 40 avroya uçun! - QİYMƏTLƏR AÇIQLANDI

Bakıdan Budapeştə 40 avroya uçun! - QİYMƏTLƏR AÇIQLANDI

Mart ayından etibarən Bakıdan Macarıstanın paytaxtı Budapeşt şəhərinə cəmi 40 avroya uçmaq mümkün olacaq.

APA TV-nin xəbərinə görə, bu, "Silkway" şirkətlər qrupuna daxil olan "Ground Handling Company" ilə Macarıstanın avianəhəngi "Wizz Air" arasında bu gün imzalanan müqavilənin reallaşması nəticəsində reallaşacaq.

Müqaviləni Azərbaycan tərəfdən "Ground Handling Company" şirkətinin icraçı direktoru İlqar Ələkbərov, "Wizz Air" adından isə Yozef Varadi imzalayıb.

Jurnalistlərə açıqlamasında İlqar Ələkbərov təmsil etdiyi şirkət tərəfindən təqdim olunan xidmətlərin qiymətindən də danışıb:

O da qeyd olunub ki, həyata keçirilməsi nəzərdə tutulan aviauçuşlar komfortlu "Airbus A-320" təyyarələri ilə, ilkin mərhələdə həftə ərzində bir dəfə olmaqla yerinə yetiriləcək. Yaxın gələcəkdə isə uçuş sayının həftədə iki dəfəyə qədər artırılması nəzərdə tutulur. Reys üzrə uçuşlar ilkin olaraq həftənin üçüncü və dördüncü günləri baş tutacaq.

Tədbirdə o da bildirilib ki, şirkət 2013-cü ildən 2014-cü ilin oktyabr ayınadək olan dövr ərzində hər iki istiqamət üzrə ümumilikdə 143 reys təşkil edib.

Bu kateqoriya üzrə digər xəbərlər