Büzmə paxlava

Büzmə paxlava

2 ədəd yumurta

1 su stəkanından

1 stəkandan az duru yağ 

1 su stəkanı qatıq 

1 yemək qaşığı sirkə 

Yarım yemək qaşığı qabartma tozu 

4 su stəkan un Yarım çay qaşığı duz 

Şərbəti: 2.5 su stəkan su

3 su stəkanı şəkər

 1çimdik duz 

Bir neçə damcı limon suyu 

Üzəri üçün: 

1 su stəkan duru yağ 

Yarım paket marqarin və ya kərəyağ 

İçinə qoymaq üçün fıstıq 

Xəmiri açmaq üçün: Nişasta

Hazırlanması: Yumşaq xəmir yoğurun. Ununu az az tökün, az gəlsə əlavə edin. Yumurta böyüklüyündə kündələr edin. 15, 20 dəqiqə saxlayın. Nişasta səpərək aça bildiyiniz qədər açın. Nazik olsun. Açılan xəmiri üstəgəl şəklində 4 yerə bölün. Hər parçanı sivri ucundan geniş tərəfinə doğru büzərək qatlayın.Kənarlarda qalan iki uc hissəni birləşdirin. Büzülən hissəyə fıstıq qoyub aşağıda qalan hissənin üzərinə örtün, tərs çevirib sobaya yerləşdirin. İlıq yağı üzərinə tökün, sobada 170 – 180 dərəcədə  qızarana qədər bişirin. Paxlava soyuyanda, ilıq şərbəti üzərinə əlavə edin.

Mənbə: metbexdenxeberler.com

Bu kateqoriya üzrə digər xəbərlər