Iki rəngli rəvani

Iki rəngli rəvani

250 gr ərimiş kərəyağı

1 su stəkanı şəkər

3 yumurta

2 su stəkanı irmik

1 su stəkanı un 

1 paket qabartma tozu

1 paket vanil

Şərbət üçün:

3,5 su stəkanı şəkər

3,5 su stəkanı su

1/4limon suyu

Üzəri üçün;

2 yemək qaşığı kakao

2 yemək qaşığı qoz

Bəzəmək üçün:

Krem şanti 

Hazırlanması: Yumurtaları şəkərlə çırpın. Ərimiş yağı əlavə edin və çırpmağa davam edin. İrmiyi, unu, qabartma tozunu, vanili əlavə edin və qarışdırın. Yağlanmış orta ölçüdə bir soba qabına boşaldın, əvvəlcədən isidilmiş 200 dərəcəli sobada üzəri qızarana qədər bişirin. Əvvəlcədən qaynatdığınız ilıq şərbəti, sobadan çıxan şirniyyatın üzərinə tökün. Şirniyyat şərbəti yaxşı çəkəndə, bir qəlib və ya stəkan köməyi ilə dairəvi hissələr kəsib çıxarın.Kənarlarında qalan şirniyyat parçalarını bir kasaya qoyun. İçinə kakao və qoz əlavə edib qarışdırın. Bu kakaolu qarışımı, dairəvi şirniyyatların üzərinə düzgün. Krem şanti ilə bəzəyin.

Mənbə: metbexdenxeberler.com

Bu kateqoriya üzrə digər xəbərlər