Kartoflu sulu küftə

Kartoflu sulu küftə

Tərkibi:
- 200 qram ət qiyməsi
- 3 kartof
- 1 ədəd soğan
- 2 xörək qaşığı incə bulğur
- 2 xörək qaşığı tomat
- 2 xörək qaşığı duru yağ
- 2 xörək qaşığı un
- Duz, istiot, bibər.

Hazırlanması:
Küftələri hazırlamaq üçün qiyməni bulğur, istiot və duzla yoğurun. Top şəklində hazırladığınız küftələri una batırın. Doğradığınız soğanları qazanda yağda qovurun. Tomatı əlavə edib soğanla qarışdıraraq soğanı bir az da qızardın. Kub şəklində doğradığınız kartofları əlavə edin. Kartofları da 1-2 dəqiqə soğanla qarışdırın. Sonra kartofun üzərinə çıxana qədər su əlavə edin. Yemək qaynadıqdan sonra küftələri əlavə edin. Az odda bişirin, suyu azalarsa, yenə isti su əlavə edin. Kartof bişdiyində yeməyi oddan götürə bilərsiniz.

Nuş olsun!

Mənbə: Dadlı.az 

Bu kateqoriya üzrə digər xəbərlər