Mövsümə uyğun bananlı piroq

Mövsümə uyğun bananlı piroq

Tərkibi: 3 ədəd yumurta,1 stəkan şəkər tozu, yarım stəkan zeytun yağı, yarım stəkan süd, 3 ədəd banan, yarım kasa qoz ləpəsi (sürtgəcdən keçirilmiş), 2 stəkan un, 1 paket qabartma tozu, 1 çay qaşığı darçın. Bişirmə müddəti: 45 dəqiqə. Qeyd: Süd əvəzinə qatıq və ya kefirdən istifadə etmək olar. Hazırlanması: Əvvəlcə yumurtaları toz şəkərlə birlikdə köpüklənənə qədər, sonra isə zeytun yağı və südü əlavə edib mikserlə qarışdırın. Sonra bananı əzib içərisinə əlavə edin. Ancaq bu dəfə qaşıqla qarışdırın. Ələnmiş unu, qabartma tozunu, darçını və qoz ləpəsini də alınmış qarışığın tərkibinə qatın. Qarışdıraraq yağlanmış keks qəlibinə boşaldın. Xəmirin üstünü səliqəyə salıb 170 dərəcə qızdırılmış sobaya qoyun.

Bu kateqoriya üzrə digər xəbərlər