Ərzaqlar:
Un – 180 qr.
İsti su – 80 ml.
Qabartma tozu - 1ç.q.
Bitki yağı – 60 ml.
Duz - 1 ç.q.
Badımcan - 2 ədəd
Soğan – 1 ədəd
Pomidor – 2 ədəd
Sarımsaq - 2 diş
Krem pendir – 300 qr.
Kəklikotu – bir çimdik
Hazırlanması:
Badımcan halqavari doğranılır, duz ilə acısı çıxarılır, zeytun yağında qızardılır. Soğan xırdalanır, zeytun yağından tam qızardılmır, yumşalana kimi bişirilir.
Un, su, qabartma tozu və 30 ml. bitki yağı qatılmaqla xəmir yoğrulur. Elastik xəmir nazik yayılır.
Piroq üçün dairəvi forma yağlanır, yayılmış xəmir bura qoyulur, kənarları qabın kənarına qatlanır.
Pendirə duz, əzilmiş sarımsaq və kəklikotu səpib, qarışdırır, xəmirin üzərinə yayırıq. Üzərindən bişmiş soğança, badımcan halqaları, halqavari doğranmış pomidorlar düzülür. Arzuya görə, pomidorların üzərindən azca kəklikotu səpilə bilər. Duzlanır. Piroq sobada 180 dərəcədə 50 dəqiqə bişirilir.
Mənbə: Sufrem. az