Pomidora elə-belə yanaşmayın, qırmızı qidaların faydaları çoxdur

Pomidora elə-belə yanaşmayın, qırmızı qidaların faydaları çoxdur

Qırmızı rəngli qidalar bizim səhhətimiz üçün çox faydalıdır.

ANS PRESS-in məlumatına görə, mütəxəssislər, immuniteti gücləndirmək üçün hər gün qırmızı rəngli qidalar qəbul etməyin əhəmiyyətli olduğunu bildirirlər. Qeyd olunan qırmızı qidalarla mütəmadi olaraq qidalanmaq bədənimizi yoluxucu xəstəliklərdən, bakteriyalardan və viruslardan qoruyacaq.

Pomidor, qırmızı alma, çiyələk, qarpız, moruq, albalı, turp kimi qırmızı rəngli qidalar immunitet sistemi üçün olduqca əhəmiyyətlidir. Qırmızı-bənövşəyi rəngli qidaların rənglərindəki canlılıq qan damarlarına da qüvvət verir. Bu kimi qırmızı rəngli qidalar olduqca təsirli bir antioksidantdır. Bir çox xəstəliyə qarşı qoruma təmin edir.

sekil1

Bu qidalar C vitamini və kalium baxımından zəngindir və immunitet sistemini gücləndirici xüsusiyyətə malikdir. Əsasən də pomidor, itburnu və qarpızdan olan likopen bəzi xərçəng törəmələri (xüsusilə prostat xərçəngi) və ürək xəstəliklərinə qarşı qabaqlayıcı təsir göstərir.

sekil2

Tərkibində bol miqdarda kalium və C vitamini olan nar, xərçəngə qarşı qoruyucu antioksidantlar cəhətdən olduqca zəngindir. Nar suyundakı antioksidan miqdarının, yaşıl çay, zoğal və portağal suyuna görə qat-qat çox olduğu qeyd edilir.

sekil3

İmmunitet sisteminizi gücləndirmək üçün bu növ qidalardan uzaq olun
• Hazır qidalar
• Kalorisi yüksək və qida dəyəri aşağı qəlyanaltılar
• Çox duzlu ya da çox şəkərli xəmir yeməkləri
• Şəkərli və qazlı içkilər

sekil4

Mövsümə görə qeyd olunanları mütləq qəbul edin
• Hər gün bir boşqab mövsüm meyvəsi
• Bol bol yaşıl yarpaqlı tərəvəzlərlə
• Təzə sıxılmış meyvə suyu
• Siqaretsiz bir həyat
• Həftədə 2-3 porsiya balıq

sekil5

Bu kateqoriya üzrə digər xəbərlər