Qəhvə qaraciyəri üç xəstəlikdən qoruyur

Qəhvə qaraciyəri üç xəstəlikdən qoruyur

Alimlər müəyyən edib ki, müntəzəm qəhvə  içən insanlar qaraciyəri üç xəstəlikdən qorumuş olur.

ANS PRESS-in məlumatına görə, "Daily mail” saytı yazır ki, “British Liver Trust” qeyri-hökumət təşkilatının hesabatı açıqlanıb. Bu təşkilat qaraciyər xəstəlikləri və onların qarşısının alınması və müalicə effektivliyinin artırılması ilə məşğul olur.

83 səhifəlik sənədin müəllifləri iddia edir ki, müntəzəm qəhvə içmək orqanizmi qaraciyərin qeyri-alkoqollu piylənməsi (NAFLD), qaraciyər fibrozu və sirroz kimi təhlükəli xəstəliklərdən qoruyur.

Bundan əlavə, qəhvə içmək sayəsində bu xəstəliklərdən əziyyət çəkən insanlarda xəstəliyin inkişafı dayanır.

Lakin ətirli içkinin həvəskarları unutmamalıdır ki, qəhvənin sutkalıq dozası 400 milliqramdır. Yəni gün ərzində 5 fincan “espresso” içmək kifayətdir.

Bu kateqoriya üzrə digər xəbərlər