Qiyməli mərci şorbası

Qiyməli mərci şorbası

Tərkibi: 1,5 stəkan qırmızı mərci, 1 ədəd soğan, 2 diş sarımsaq, 1 ədəd kartof, 1 ədəd kök, 50 qr qiymə, duz, qara bibər, qırmızı bibər, 1-2 qaşıq tomat pastası, 2 xörək qaşığı duru yağ, 1-1,5 lt su. Hazırlanması: Bir qazana qiyməni qoyub, suyu çəkilənə qədər qovururuq. Soğanları və sarımsaqları doğrayıb qiyməyə əlavə edirik. Qovrulan soğanlara doğradığımız kök, kartof, mərci və tomatı əlavə edirik. 1-2 dəqiqə ocaqda çevirdikdən sonra suyunu əlavə edib, qazanın qapağını bağlayırıq. 25 dəqiqə sonra bişən şorbanı, servis edə bilərsiniz.

Bu kateqoriya üzrə digər xəbərlər