Sobada hazırlanan ördək

 Sobada hazırlanan ördək

Ərzaqlar:

Ördək – 1 ədəd
Qara üyüdülmüş istiot – 0,5 ç.q.
Bal – 1 x.q.
Duz – 1 x.q.
Qaynar su – 4 l.

Hazırlanması:

Əvvəlcə ördəyin lazımsız hissələri, artıq piyləri kəsilir atılır. Yaxşıca yuyulur və dərin bir qaba qoyulur. Sonra içinə su getməməsi şərti ilə dərisinin üzərindən yavaş-yavaş qaynar – təxminən 2 litrə yaxın su axıdırsınız. Ördəyi tam quruması üçün dəsmal üzərinə qoyuruq və 30 dəqiqə bir kənarda saxlayırıq.

Prosesi ikinci dəfə təkrar edirik. Ördəyin üzərindən yenidən yavaş-yavaş qaynar 2 litrə yaxın su axıdırıq, ördəyi quru dəsmalın üzərinə qoyuruq ki, suyu çəkilsin. 30 dəqiqə sonra ördəyin həm içini, həm çölünü yaxşıca duzlayırıq və bir neçə dəqiqəlik kənara qoyuruq.

Daha sonra ördəyin qanad və ayaqlarını folqaya səriyirik. Ördəyi sinəsi üstə sobanın dəmir “setkasının” üzərinə qoyuruq və 150 dərəcədə 1,5 saat bişiririk. Sobaya list qoymağı unutmayın ki, ördəyin yağı, suyu sobanın içini batırmasın. 1,5 saatdan sonra ördəyin rənginin dəyişdiyini və artıq yağları buraxdığını görəcəksiniz. O zaman temperaturu 170 dərəcəyə qaldırıb daha 1 saat 10 dəqiqə də bişirirsiniz. Sonra dəmir “setkanı” bir mərtəbə yuxarı qaldırırıq və ördəyi bu dəfə kürəyi üstə çevirik, temperaturu 190 dərəcə edib, 25 dəqiqə də bişirik.

İndi isə marinadı hazırlayaq: duz, qaynar su, istiot və bal qarışdırılır. Ən sonda ördəyin sinəsinə çəkilir, 5 dəqiqə bişirilir. Sonra kürək tərəfinə çəkilir və 5 dəqiqə də 190 dərəcədə bişirilir.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər